Qarabağda hansı abadlıq-quruculuq işləri görülür? - İQTİSADÇI-EKSPERT DANIŞDI

Qarabağda hansı abadlıq-quruculuq işləri görülür? - İQTİSADÇI-EKSPERT DANIŞDI

"Qarabağda baş verən müharibə istər regionda, istər bütün dünyadakı geostrateji reallıqları dəyişməyə başladı. SSRİ dönəmində həmin regionda cəmi iki rayon var idi. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın rayonu. O dönəmdən bəri bu ərazilər istər kənd təsərrüfatı, istər heyvandarlıq baxımından əhəmiyyətli yerə malik idi". Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı-ekspert Asif İbrahimov qeyd edib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi turizm baxımından yüksək potensiallı bölgə idi: "İşğal dönəmi Azərbaycanın həm iqtisadi, həm də turizm potensialına ciddi zərbə vurdu. Müharibədən sonra ölkə başçısı tərəfindən həmin zonaya ciddi investisiyalar ayrılmışdır. Hazırda, həmin ərazilərdə dörd beynəlxalq hava limanının tikintisi həyata keçirilməkdədir. Beynəlxalq infrastrukturun qurulması işləri görülür. Kütləvi şəkildə əhalinin həmin zonaya köçürülməsi davam edir. Bildiyiniz kimi, bu prosesi birdən-birə etmək mümkün deyil. Hazırda ərazidə mina təhlükəsi mövcuddur. Lakin quruculuq işləri sürətlə aparılır. Bir çox yerli və transmilli koorperasiyalar ərazidə fəaliyyət göstərir.

Düşünürəm ki, 5-7 il ərzində həmin ərazilərdən konkret geri dönüş əldə etmək mümkün olacaq. İnfrastrukturun bərpa işləri tam yekunlaşdıqda SSRİ dönəmində olduğu kimi, həm kənd təsərrüfatı sahəsində, həm heyvandarlıq istiqamətində, eyni zamanda turizm istiqamətində ciddi işlər görüləcək və həmin zona Azərbaycan iqtisadiyyatına mənfəət verməyə başlayacaq. Hazırda 4 beynəlxalq hava limanının tikilməsi gələcəkdə həmin əraziyə ciddi turist axınını təmin edəcək".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə