Böyük Qayıdışla bağlı hansı işlər görülür? - MÜNASİBƏT BİLDİRİLDİ
"Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibədə zəfər əldə etdikdən sonra işğaldan azad olunmuş torpaqların bərpası ilə bağlı quruculuq işləri qısa müddətdən sonra vüsət almaya başladı". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir: "Habelə həmin ərazilərin yüksək inkşaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Cənab Prezident “Böyük Qayıdışla” bağlı I Dövlət Proqramının təsdiq edilməsi barədə sərəncam vermişdir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Bu milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial –iqtisadi inkşaf Strategiyası” yeni inkşaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Qeyd edək ki, 2023 cü ildə işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022 ci-illə müqayisədə 12.4 faiz 2021 ci –illə müqayisədə 37.7 faiz çoxdur.
Keçən iki il ərzində Ağıllı şəhər və Ağıllı kənd layihələrinin həyata keçirilməsi görülən işlərin sistemli şəkildə həyata keçirildiyini bir daha sübuta yetirir. Avtomobil və dəmir yollarının tikintisinin başa çatdırılması Böyük Qayıdışın qısa bir zamanda təmin olunmasına xidmət edən bir amilə çevrildi. Keçən ay Laçın şəhərinə 20 ailənin köçürülməsi buna bariz nümunədir. Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş torpaqlara mütəmadi səfəri və atdığı addımlar görülən işlərin sürətlə davam etdirilməsini daha da artırır"
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB