"Biçin prosesinə 2000 kombayn cəlb ediləcək" - QURUM RƏSMİSİ BİLDİRİB
“Taxıl biçininin özü qədər hazırlıq prosesi də çox vacibdir. Çünki biçin prosesinin uğuru yaxşı hazırlıqdan keçir. Bu hazırlıq sezonu cari ilin əvvəlindən başlayır. Hazırlığın ən vacib mərhələsi isə texnikaların gücləndirilməsi ilə bağlıdır. Biçin prosesinə 2000 kombayn cəlb ediləcək”. Bu sözləri SİA-ya açıqlamasında Aqroservis ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov deyib.
Onun sözlərinə görə, taxıl sahələrinin yığımı vaxtında həyata keçiriləcək: “Hər il olduğu kimi bu il də vahid plan əsasında kombaynların idarə edilməsi olacaq. Eyni zamanda, biçin prosesləri ilə bağlı mexanizatorlarla bölgələrdə görüşlər keçirmişik. Onlara növbəti mövsümdə diqqət etməli olduqları məsələlər, biçin təşkilində qarşılarına qoyulan tələblər və onların hüquqları barədə məlumatlar verildi”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, artıq müxtəlif yerlərdə biçinlə bağlı qərargahlar qurulub: “Bu qərargahların məqsədi operativ şəkildə biçin prosesində yarana biləcək problemə müdaxilə etmək həmçinin, rayon ərazisind biçinə nəzarətin təşkilindən ibarətdir. Hazırkı mərhələdə istəyimiz odur ki, 40-50 gün ərzində biçini başa çatdıraq və yığılmış məhsul fermerlərə təhvil verilsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB