“Mərkəzi Bankın əsas məqsədi ondan ibarətdir ki..." - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Mərkəzi Bankın əsas məqsədi ondan ibarətdir ki..." - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Manatın məzənnəsinin qorunması və bütövlükdə makro-iqtisadi sabitliyin gözlənilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətləridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, manat 2017-ci ildən etibarən məzənnəsini qoruyub saxlayır: “Mərkəzi Bankın əsas məqsədi ondan ibarətdir ki, bütövlükdə məzənnənin qorunması prosesi davam etdirilsin. Təbii ki, manatın məzənnəsinə təsir edən amillər var. Neftin qiyməti, qonşu ölkələrdə valyutaların dəyəri, eləcə də Türkiyədə milli valyutanın dəyərinin də kəskin azalmasını da nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı çalışır ki, valyuta bazarına olan təsirləri minimum etsin.

Sözsüz ki, manatın məzənnəsinə təsir edən ən ciddi faktor ölkəyə daxil olan valyutanın həcmidir. Çünki bu da birbaşa neftin dünya bazarı qiyməti ilə bağlıdır. Manatın məzənnəsi növbəti dövrlərdə də Mərkəzi Bankın qərarından asılı olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə