Balıqçılığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu balıqçılığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit verib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, vəsait sahibkarların güzəştli maliyyə mexanizmlərindən yararlanması çərçivəsində biznes təmsilçisi Amil Hüseynova ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə