AERA mayda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

AERA mayda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən may ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 358 müraciət qəbul edilib. Agentlikdən SİA-ya bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzində və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə