Fiziki şəxslərin depozit portfelinin dollarizasiya səviyyəsi 37 % olub

Fiziki şəxslərin depozit portfelinin dollarizasiya səviyyəsi 37 % olub. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sığorta sektorunun haqq və ödənişlərində artım müşahidə edlib. “Sığorta haqları 30 %, ödənişlər 33% artıb. Qiymətli kağızlar bazarında da müsbət inkişaf var. Korporativ istiqraz və səhmlər üzrə 8 % artım var. Dövlət qiymətli kağızlarında isə 15,6 % artım var.

Ümumilikdə maliyə sektournun 96 %-i banklara məxsusdur. Həm aktivlərin keyfiyyəti, həm də də AMB-nin potensial tələblərinə görə banklarla aktiv işimiz gedir və maliyə sektorunun dayanıqlığını rəqəmlərdə və bankların fəaliyyətində müşahidə edirik”, - deyə o əlavə edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə