Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9.2 milyard ABŞ dollarına çatıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9.2 milyard ABŞ dollarına çatıb. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsnin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq.
T.Kazımov vurğulayıb ki, qeyri-neft ÜDM-də artımın 5,7%-ə çatacağı proqnozlaşdırılır.
O həmçinin inflyasiya ilə bağlı narahatlığını ifadə edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB