SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində təmsil olunur

SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində təmsil olunur

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsində əsas tərəfdaş olaraq iştirak edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, şirkətin İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən bildiriblər ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumat verilir.

Bakı Ekspo Mərkəzində açılan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin girişində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi nümayiş olunur.

“Yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiya verilir.

Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə