"Sahibkarlara şərait yaradılmalıdır" - FAZİL MUSTAFA

"Sahibkarlara şərait yaradılmalıdır" - FAZİL MUSTAFA

“Ölkədə dövlət əli ilə iş yerlərinin açılması effekt vermir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, sahibkarlara şərait yaradılmalıdır: "Sahibkarlıq sahəsinə ayrılan subsidiyalar asan şəkildə əldə olunmur. Rahatlıqla sahibkarlar vəsait əldə edə bilməlidilər ki, əlavə sahələr üçün iş yerləri açılsın. Amma biz bu gün bunun əksini görürük.

Digər tərəfdən ölkədə bəzi müəssisələrdə yer problemi var. Məsələn, min nəfərlik məktəbdə 2500 uşaq təhsil alır. Bu da təhsilimizə təsir edir.

Digər tərəfdən təsəvvür edin, həbsxanada min yataq yeri olduğu halda 2 min şəxs saxlanılır. Həbsxanaya salınan məhbusların böyük əksəriyyəti narkotik istifadəçilərdir. Bu, özünüz bilirsiniz ki, daha çox problemlərə səbəb olur. Problemlərə diqqət yetirilməli və həll olunmalıdır”,- deyə deputat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə