"Fərdi evlərin sığortalanması ilə bağlı prosedur bütün müasir dövlətlərdə həyata keçirilir. Vətəndaşlar bir çox hallarda mülklərini, hətta şəxsi əşyalarını belə sığortalayır".
Bu sözləri SİA-ya verdiyi açıqlamasında hüquqşünas Səadət Bənənyarlı deyib.
Onun sözlərinə görə, bu cür addımlar gələcəkdə baş verə biləcək potensial təhlükələrin qarşısına keçmək niyyəti ilə atılır: "Məsələn, ABŞ-ın rəsmi ştatları, Avropa ölkələrində insanlar şəxsi mülklərini mütləq sığortalayır. İnsanlar bu yolla özlərinə dəyən zərəri azaltmış olurlar. Bu baxımdan bu qərar çox müsbət haldır. Lakin bu sığortaların spesifik halları var. Sığortlanma, xüsusən də regionlardakı fərdi evlərin sığortlanması çox vacibdir. Ona görə ki bölgələrimizdə tez-tez tufanlar, yağışlar, dolu yağışları olur. Bu cür təbiət hadisələrində dəyən ziyanı minimala endirmək üçün təkcə fərdi evləri yox, əkin sahələrini də sığortlamaq çox vacibdir. Ümumilikdə bu qərarı çox müsbət dəyərləndirirəm, çünki fərdi evlərin sığortalanması prosedurası birbaşa əhalinin öz xeyrinə olan bir hadisədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB