Kimya sənayesində məhsul istehsalı artıb

Kimya sənayesində məhsul istehsalı artıb

Cari ilin ötən 4 ayı ərzində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 664,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,9 faiz artıb, əczaçılıq məhsullarının istehsalı isə 4,4 faiz azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, kimya sənayesi məhsullarından etilen istehsalı 47,0 faiz, polietilen istehsalı 43,9 faiz, propen (propilen) istehsalı 39,1 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 82,4 faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 30,9 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə