Bankların bağlanması əmlaklara necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI
“1992-ci ildən müstəqillik qazanmış ilk banklardan biri olan “Günay Bank”ın fəaliyyəti ilə bağlı məsələni mediadan izlədik. Doğrudur, digər dövlət və konversiya banklarından nizamnamə kapitalı az olsa da, 21 illik fəaliyyəti əks etdirir. Həmin bankın kredit portfeli o qədər böyük olmayıb. Lakin bir məsələ var ki, ictimaiyyətə verilən rəqəmlər əslinə uyğun gəlmir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
Onun sözlərinə görə, belə ki bankın hesabatlarında nizamnamə kapitalının 68 milyon manat dəyərində olduğu bildirilsə də, Mərkəzi Bank əsas gətirib ki, 50 milyondan aşağı vəsait olduğuna görə lisenziyası ləğv olunub: “Mərkəzi Bankın rəqəmlərində həmin sığortalanmış əmanətlərin miqdarı 99% göstərilsə də, 70 milyonluq sığortalanmamış məbləğ olduğu aşkardır. Belə hallarda əmanətlərin sığrtalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılır. 90 gün müddətində əmanəti sığortalanmış şəxslər öz vəsaitlərini əldə edə bilirlər. Əmanətini sığortalamayan şəxslər geri dönüş kredit məbləğləri hesabına praktikada vəsaitlərini qaytara bilirlər. Amma burada müəyyən mənada çətinliklər var. Xatırlayırsınızsa, Beynəlxalq Bank borcu olan banklardan biri idi. Həmin bankın borcları dövlət hesabına qarşılandı. Amma uzun müddətdir fəaliyyət göstərən “Günay Bank”ın nizamnamə kapitalına möhlət verilmədi. Düşünürəm ki, belə məsələlərlə bağlı Mərkəzi Bank üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB