Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Mayın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040125 ISIN-li, 20 milyon manat həcmində, 1820 gün tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, BFB-dən bildirilib ki, hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 80.2307 (13 faiz) manat və 96.5827 (8.35 faiz) manat olan 30 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4960 (9.15 faiz) manat, orta ölçülmüş qiyməti 95.1643 (8.7136 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 milyon 863 min 400 manat, yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib.
Hərrac iştirakçıları mayın 17-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazlar 2028-ci il mayın 9-da ödəniləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB