Avrozonada sənaye istehsalı 2023-cü ilin martında

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona üçün mart ayına mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb...
Avrozonada sənaye istehsalı 2023-cü ilin martında

Avrozonada sənaye istehsalı 2023-cü ilin martında fevralla müqayisədə 4,1 faiz azalıb.

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona üçün mart ayına mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb. Müvafiq olaraq, Avrozonada sənaye istehsalı mart ayında fevral ayı ilə müqayisədə 4,1 faiz, 2022-ci ilin mart ayına görə isə 1,4 faiz azalıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Avropa İttifaqında sənaye istehsalı mart ayında fevrala görə 3,6, bir əvvəlki ilin eyni dövrünə görə isə 1,3 az olub.

Bazar gözləntiləri mart ayında Avrozonada sənaye istehsalının aylıq 2,5 faiz azalması idi. Son məlumatlarda sənaye istehsalında azalma proqnozlarından xeyli yüksək olub.

2023-cü ilin mart ayında Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq azalma 26,3 ilə İrlandiya, 3,9 faizlə İsves və 3,1 faizlə Almaniyada baş verib.

Sənaye istehsalı illik bazda ən çox azalma 26,1 faizlə İrlandiya, 16,6 faizlə Litva və 12,6 faizlə isə Estoniyada olub.

Bütün xəbərlər Facebook səhifəmizdə