Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2024-cü ilin sonuna kimi bütün ev təsərrüfatlarını internetlə təmin etməyi planlaşdırır. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “GSMA M360 EURASIA 2023” beynəlxalq konfransında çıxış edərkən deyib.
O bildirib ki, bu planın həyata keçirilməsi üçün hazırda infrastruktur layihələri həyata keçirilir və kadrlar inkişaf etdirilir. Bununla yanaşı, kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktur layihələrinə sərmayə yatırmağa davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB