“Füzuli yarımstansiyası müasir standartlara uyğun tikilib” - MÜNASİBƏT BİLDİRİLDİ
“Vətən müharibəsinin başa çatmasından ötən 2,5 il işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulması, bərpası işlərinin həyata keçirilməsi və Böyük Qayıdışa başlamağımızla yadda qalır. Bu müddət ərzində minalanmış ərazilərdə təmizlənmə işləri sürətlə davam etdirilir, yol infrastrukturu yüksək standartlara uyğun yenidən qurulur, yaşayış məntəqələri tikilir və elektrik enerjisi ilə təminatı məsələləri həll olunur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin Füzuliyə səfəri çərçivəsində Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub: “Füzuli yarımstansiyası müasir standartlara uyğun tikilmiş, abonentlərin davamlı elektrik enerjisi ilə təmin etməyinə imkan verəcəkdir. Bu stansiyasının rəqəmsal olması fərdi olaraq hər bir abonentin elektriklə təminatına nəzarətin həyata keçirilməsini təmin edəcək.
İşğaldan azad olunmuş ərazilərdə yüksək keyfiyyətlə icra olunan bütün layihələr bu əraziləri cənnətə çevirəcək və 30 il qaçqınlıq həyatı yaşamış insanların firavan gələcəklərinin qurulmasına yol açacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB