İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min 191 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min 191 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. İKZF-dən SİA-ya bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 44 min 191 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 583 milyon 482 min 896 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə