Mənzil alan fiziki şəxsə hansı halda ƏDV geri qaytarılır?

Mənzil alan fiziki şəxsə hansı halda ƏDV geri qaytarılır?

Mənzil alan fiziki şəxsə hansı halda ƏDV geri qaytarılır? Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata əsasən, Vergi Məcəlləsinin 165.6-cı maddəsində Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması nəzərdə tutulub.

Eyni zamanda, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilib.

Həmçinin vətəndaşların məlumatlandırılması məqsədilə DVX-nin saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə