Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova Türkiyənin “Samsunspor” futbol klubunun idman geyimi təqdim olunub. SİA xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş sosial şəbəkədə məlumat verib. O, özünün “Twitter” səhifəsində müvafiq videogörüntüləri paylaşıb.
“Əziz qardaşım, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bakılı gəlib, “Samsunspor”lu qayıdır”, - Muş yazıb.
Qeyd edək ki, aprelin 29-da Samsunda Mikayıl Cabbarovla Mehmet Muş arasında görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB