Aqrar sahədə innovasiyaların inkişafı üçün hansı işlər görülür? - QURUM RƏSMİSİ DANIŞDI
“Aqrar İnnovasiyalar Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsidir. Həmçinin, mərkəz mütərəqqi təcrübələrin öyrənilməsi ilə məşğuldur. Bundan əlavə, texnoloji transferlərin həyata keçirilməsi, vahid mərkəzdə ideyaların, təşəbbüs və lahiyələrin cəmlənməsi və bölgələrdə tətbiq etmək də mərkəzin fəaliyyətinə daxildir. Biz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən yeddi elmi-tədqiqat institutunun 50-dən çox bölgə təcrübə stansiyalarında innovativ pilot təsərrüfatları yaradılması ilə məşğul oluruq”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov deyib.
O bildirib ki, nazirliyin əsas üç tələb prinsipi var: “Onlardan biri fermerlərə yaxınlıq, ikincisi innovasiyaların əlçatanlığını təmin etmək, üçüncüsü isə şəffaf idarəetmə sisteminin qurulmasıdır. Bütün bu prinsipləri nəzərə alaraq, bölgələrdə mütəmadi olaraq bölgələrdə 15 innovasiya festivalı təşkil etmişik. Bu festivallarda əsas məqsəd aqrar təsərrüfatın müxtəlif sahələrində fəaliyyət göstərən özəl şirkətlərin məhsullarını, təklif etdiyi xidmətləri fermerlərə əyani olaraq göstərməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB