"Ulu Öndərin dövründə Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin edildi" - NAZİR BİLDİRDİ

"Ulu Öndərin dövründə Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin edildi" - NAZİR BİLDİRDİ

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 aprel ölkəmizdə "Sahibkarlar günü" kimi qeyd olunur. Eyni zamanda, bu il Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Bugünkü konfrans da məhz Heydər Əliyevin adı ilə bağlıdır". Bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" adlı konfransda deyib.

O bildirib ki, tədbir Ümummilli Liderin müasir Azərbaycanın tərəqqisində yerli sahibkarlığın formalaşması və inkişafında misilsiz xidmətlərini bir daha diqqətə çatdırmaq məqsədini daşıyır: "Heydər Əliyevin dövründə aparılan islahatlar sayəsində Azərbaycanda qısa müddətdə siyasi və iqtisadi sabitlik təmin edilmişdir. İqtisadiyyatın yenidən qurulması, davamlı inkişaf mərhələsi başlandı. Həmçinin, sahibkarlığın inkişafı istiqamətində dövlət proqramları qəbul edildi. Bu sahənin tənzimlənməsinə və dəstəklənməsinə yönələn tədbirlər həyata keçirildi".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə