"Ötən ilə nisbətən qiymətlər daha baha olacaq" - İQTİSADÇI AÇIQLADI
"Hazırda kənd təsərrüfatı məhsullarının və tərəvəzlərinin qiymətinin baha olmasına bir neçə amil təsir edir. Bu mövsümü amillər, gübrə və pestisidlərin baha olması və bu sahədə vasitəçilərin, inhisarçıların təsiri aid edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, hazırda qiymət artımına bu 3 amilin təsiri böyükdür: "Digər tərəfdən soğan və kartofla bağlı yeni məhsulun bitməsinə qədər köhnə məhsulların qiyməti baha olaraq qalır. Bu bahalaşma süni şəkildə həyata keçirilir. Belə ki, bəzi hallarda bu məhsulların yerlərdə ucuz olduğunu lakin bazarlarda daha baha satıldığını müşahidə edirik. Fikrimcə, artıq yeni məhsulların bitməsinə az qalıb və qiymətlər aşağı enə bilər. Lakin bu il qiymətlər ötən ilə nisbətən daha baha olacaq. Ötən illə müqayisədə kartof və soğanın qiymətində 40%-ə qədər, pomidorda isə 100%-ə qədər artım müşahidə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB