"Quru sərhədlərin bağlı olması iqtisadiyyata mənfi təsir edir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Quru sərhədlərin bağlı olması iqtisadiyyata mənfi təsir edir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Quru sərhədlərin açılması ilə bağlı birmənalı fikir söyləmək çox çətindir. Hazırkı məqamda sərhədlərin açılması o qədər də real görünmür. Əlbəttə ki, bunun iqtisadiyyata mənfi təsirləri var. Amma görünür bu dövlətin strategiyasına uyğun olduğundan bir müddət bağlı qalacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalmasının ən böyük mənfi təsiri turizm sektorunda müşahidə edilir: "Çünki 2011-ci il "Turizm ili" elan olunduqdan sonra şəhərimizdə müxtəlif beynəlxalq tədbirlər həyata keçirildi. Avropa Oyunları, Formula 1, "Avroviziya" müsabiqəsi və s. bu tədbirlərə aiddir. Bunların hər birinin kökündə duran əsas məqsəd ölkədə turizmi təşviq etmək, xarici turistləri Azərbaycana cəlb etməkdir. Amma sərhədlərin bağlı olması uzunmüddətli turizm strategiyasına zidd olan bir haldır. Bütün hallarda düşünürəm ki, əgər quru sərhədlər dövlət tərəfindən bağlı saxlanırsa, deməli strateji baxımdan bunun müsbət tərəfləri var. Çünki quru sərhədlərin bağlı olması yalnız turistlərin gəlməsini deyil, ölkədən valyuta çıxışını da əngəlləyən faktordur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə