Ərzaq qiymətləri 18% bahalaşıb

2022-ci ildə dünyada ərzaq qiymətləri əvvəlki illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb. SİA xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) çərşənbə günü dərc etdiyi hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, ötən il taxılın qiyməti 21% artıb.

"Əkin sahələrinin azalması və gübrələrin baha olması məhsuldarlığın azalmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər", - deyə təşkilat xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə