Ankara və Bakı Macarıstanı qazla təmin etməyə hazırdır

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyənin TANAP kəməri ilə Macarıstana qaz tədarük etməyə hazır olduqlarını açıqlayıb. O qeyd edib ki, Ankara və Bakı bu məqsədə doğru irəliləyir.

Macarıstanlı həmkarı Katalin Novakla görüşdə Ərdoğan, bu gün Türkiyənin TANAP vasitəsilə Azərbaycana qaz nəqlində kömək eetdiyini bildirib.

Onun sözlərinə görə, Ankara və Bakı məqsədə doğru qətiyyətlə irəliləyirlər.

Macarıstan prezidenti öz növbəsində Rusiya Federasiyasından qaz tədarük edən “Türk axını” ilə qaz nəqlinin vacibliyini bəyan edib.

Novak Ankaranı Macarıstanın enerji təhlükəsizliyində mühüm oyunçu adlandırıb və “Türk axını”nın əsas rolunu vurğulayıb.

SİA bir daha xatırladır ki, TANAP uzunluğu 1,85 min km olan Cənub Qaz Dəhlizi sisteminin bir hissəsi olan Trans-Anadolu boru kəməridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə