Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb

Yanvar-fevral aylarında 15,7 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 24 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral aylarında dəyəri 49,4 milyon dollar olmaqla 31,9 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Hesabat dövründə 1715 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib. İxrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 3,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə dəyəri 4,5 milyon dollar olmaqla 2656 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə