Ölkədən 74,8 min ton metanol ixrac olunub

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan dəyəri 15,7 milyon ABŞ dolları olmaqla 74,8 min ton metanol ixrac olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ilin eyni aylarında ölkədən 74,4 min ton metanol ixrac olunub, ixracın dəyəri 23,8 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə