"Tütün sənayesi ilə bağlı xüsusi proqram qəbul edilib" - İQTİSADÇI-EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan tütün sənayesinin inkişafı ilə bağlı xüsusi bir proqram qəbul olunub və buna uyğun olaraq tütünçülük sektorunun inkişaf etməsinin şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, həmçinin tütünün idxalının azalması birbaşa olaraq istehsalın genişləndirilməsi ilə bağlıdır: “Çünki istehsalın genişlənməsi nəticəsində idxalın azalması müşahidə edilir. Növbəti illərdə də tütün məhsulları üzrə idxalın azalacağı gözləniləndir. Ona görə ki, nəticə etibari ilə yerli istehsalın artması, sənayenin genişləndirilməsi idxalın azalmasına gətirib çıxarır. Bu da əslində tütün sektorunun inkişafı baxımından vacib faktor hesab edilir. Bütün bunlar da ölkədən idxal yolu ilə valyutanın çıxmamasına gətirib çıxarır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə