“Gəncəbank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Martın 9-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Fonddan SİA-ya bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanında yerləşən (ü/s 72 kvadratmetr) 18-48-49 nömrəli mənzildir. Daşınmaz əmlakın ilkin satış qiyməti 180 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB