Tütün məhsullarının faizi nəyə görə azalıb? - İQTİSADÇI-EKSPERT DANIŞDI
“Azərbaycanda ümumiyyətlə siqaret idxalı ilə bağlı son bir neçə il ərzində azalmalar müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildiirb.

İqtisadçı-ekspert bildirib ki, 2019-cü illə müqayisədə tütün məhsullarının idxalı 2020-ci ildə 2,8 dəfə yəni 180 faiz azalma müşahidə edildi. Hansı ki, bu il ərzində 25 milyon 300 min dollar dəyərində Azərbaycana siqaret idxal olunmuşdur. 2021-ci ildə də 2020-ci illə müqayisədə tütün məhsullarının idxalında 41 faiz azalma baş vermişdir. Bu ilin yanvar ayında olan göstərici 2022-ci ilin yanvar ayında olan göstəricidən 4 dəfəyə qədər çoxdur.
Gürcüstandan da Azərbaycana edilən tütün və tütün əvəzedicilərinin idxalının azalması artıq bir tendensiyaya çevrilmişdir. Əvvəllər daha çox tütün məhsullarının 80 faizini Ukraynadan və Rusiyadan idxal edirdik. Amma ümumilikdə tütünün idxalında azalma müşahidə edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB