Elektroenergetikanın inkişafı məqsədilə dövlət proqramları qəbul ediləcək

Azərbaycanda elektroenergetikanın inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qısamüddətli, orta müddətli və uzunmüddətli dövlət proqramları qəbul ediləcək. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, nəzərdə tutulmuş dövlət proqramı layihələrinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə