Azərbaycanda meyvə-tərəvəz idxalının azalmasının səbəbi nədir? - İQTİSADÇI DANIŞDI

“İdxalın azalması yerli istehsalın əvəzlənməsi və istehlakın həcmi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, xüsusi ilə ərzaq məhsullarının idxalının minimallaşdırılması daha çox yerli istehsal hesabına ödənilməsi bizim üçün vacibdir: “İdxal ölkədən valyuta aparır, ixrac isə ölkəyə valyuta gətirir. Bu baxımdan kənd məhsulları daxil olmaqla ərzaq məhsullarının idxal edilməsi minimuma endirilir. Təbii ki, burada mövsüm faktoruda müəyyən rol oynayır. Biz yanvar və fevral ayında ərzaq məhsullarında idxalın minimallaşdırılmasını müşahidə edirik. Lakin bütövlükdə məqsədimiz idxal səviyyəsini aşağı endirməkdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə