Azərbaycandan Bolqarıstana qaz ixracı 600 milyon kubmetr olub

Ötən il Azərbaycandan Bolqarıstana qaz ixracı 600 milyon kubmetr olub. SİA xəbər verir ki, energetika naziri Pərviz Şahbazov özünün "twitter" hesabında bu barədə qeyd edib.

Energetika naziri bolqarıstanlı həmkarı ilə görüşündən sonra bildirib ki, Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə edilib.

“Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə IGB, eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik. Ötən il Bolqarıstana qaz ixracımız 600 mln.m3 olub”, deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə