Azərbaycan-Moldova iqtisadi əlaqələri genişlənir

Azərbaycan və Moldova arasında sənaye, investisiya, ticarət, aqrar və digər istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün böyük imkanlar var.

SİA-nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşündə bildirilib.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə