Dünya bazarında neft qiymətləri artıb

Neft bir sıra amillərə görə cüzi bahalaşıb.

SİA birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri 0,42 % bahalaşaraq 87,84 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,43 % artaraq 1 bareli 81,36 ABŞ dolları təşkil edib.

İnvestorlar bazarın əsas amillərini qiymətləndirməyə davam edirlər. Tələb baxımından əsas diqqət yenə də Çinə yönəlib. Belə ki, bu ölkədə karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra iqtisadi canlanma ümidləri artıb. Təklif baxımından mühüm amillər sırasında "OPEC+" təşkilatının atacağı addımlar və Rusiyaya qarşı neft sanksiyaları var.

Bütün xəbərlər Facebook səhifəmizdə