Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi payı var - POLİTOLOQ ŞƏRH ETDİ
“Davos iqtisadi forumunun hər il keçirilən illik toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev İsveçrə Konfederasiyasına səfər edib. Bu ilki forum “Fraqmentasiya olmuş dünyada əməkdaşlıq” mövsuzunda keçirilib. Covid-19 pandemiyasından sonra baş tutan forumda dünyanın 130-dan çox ölkəsində 2700-dən çox siyasət, elm və media mənsubları toplaşıblar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, BMT-nin baş katibi, Avropa Komissiyasının Prezidenti, NATO-nun baş katibi, o cümlədən 52 dövlət və hökümət başçısı, 700-dən çox təşkilat rəhbəri, dünyanın ən nüfuzlu 600-dən artıq şirkət rəhbərləri iştirak edib: “Belə bir böyük iqtisadi forumda Azərbaycan Prezidentinin dəvət alması ölkəmizə verilən yüksək qiymətdir və son illərdə Azərbaycanın dünyada qazandığı böyük siyasi, iqtisadi nüfuzdur. Artıq Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi payı var və buna görə də Avropa daim Azərbaycanla sıx əməkdaşlıq edir. Həm də yaxşı tərəfdaş kimi birgə layihələrdə çalışırlar.
Bu iqtisadi forumun gündəliyində əsas məsələlər enerji, iqlim və təbiət üçün yeni sistem konteksində mövcud enerji və ərzaq böhranının həll edilməsi olub. Qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, sosial problemlərin artması da bu forum çərçivəsində müzakirə olunub.
Cənab Prezident hər il keçirilən Davos iqtisadi forumunda dünyanın nəhəng siyasi elitasının diqqət mərkəzində olur. Eyni zamanda Cənab Prezident İlham Əliyevin iştirak etdiyi sessiyalar Davosda ən yadda qalan tədbir kimi foruma öz töhvəsini verdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB