"Atılan addımlar əhalinin rifah səviyyəsinin yüksəldilməsinə yönləndirilib" - DEPUTAT DANIŞDI
“Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyev dövlətin iqtisadi, sosial siyasətinin humanist əsaslarla qurulmasını elan edib. Buna görə də Azərbaycanda əhalinin yaxşı yaşaması, hər bir insanın öz həyatında normal yaşam imkanlarını hiss etməsi üçün hər zaman çalışıb və o dövrdən bəri bu işə hər zaman nəzarət olunur. Cənab Prezident də əsas işimizin xalqa xidmət etmək olduğunu bildirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, xalqa xidmət etməyin başında da ilk növbədə ölkədə bahalanma olduqca müəyyən qanunlara uyğun şəkildə maaşlar, pensiyalar, təqaüdlərin artırılması dayanır: “Bu səbəbdən də günümüzdə də pensiyaların, minimum əmək haqqının artırılması ilə bağlı proseslər gedir. Atılan bütün addımlar əhalinin rifah səviyyəsinin yüksəldilməsinə yönləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB