Bakıda hansı ərazilərdə mənzil qiymətləri əl yandırır? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Bakıda əmlak qiymətləri onun yerləşdiyi əraziyə görə dəyərləndirilir. Ona görə də alıcılar adətən əmlaka ayırdıqları pula görə özləri öz rayonlarını seçirlər. Çünki onlar yaxşı bilirlər ki, onların Günəşlidə 3 otaqlı mənzilə ayırdıqları pula Sahildə 1 otaq da almaq mümkün deyil. O səbəbdən alıcılar öz büdcələrinə uyğun yer seçirlər”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, Bakıda evlərin və obyektlərin qiymətləri əraziyə uyğun qiymətləndirilir: “Belə ki, Bakı şəhərində ən baha mənzillər və obyektlər Səbail rayonuda yerləşir. Bu rayonda mənzillərin qiyməti köhnə tikili evlər üçün 1 kv 3500 azn, 6000 AZN qədər dəyişir. Bu dəyişmənin səbəbi kimi demək olar ki, Bulvara baxan mənzillərin qiyməti başqa, Nizami küçəsinə baxan mənzilin qiyməti başqadır. Ona görə mənzilin yerləşdiyi küçə çox önəmlidir. Çünki mənzilin dəyəri onun hansı küçədə olmasından aslıdır”.
Anar Nəsirov sözlərinə belə davam edib: “Adətən ən bahalı mənzillər Səbail rayonu Nefçilər prospektində dəniz və Bulvar görünüşü olan tarixi arxitektor üslubda tikilən evlərdir. Bu binalarda 3 otaqlı 80 kv sahəsi olan bir mənzilin dəyəri orta hesabla 450000-650000 AZN-dır. Təmirindən və evin yerləşdiyi mərtəbədən asılı olaraq isə qiymət dəyişir.
Ən bahalı obyekt isə yenə də Səbail rayonunda yerləşir. Belə ki, Tarqovu kimi tanıdığımız (Nizami küçəsində) orta hesabla ticarət obyekti onun yenə dəyerlədiyi yerə uyğun olaraq 1 kv 30000 AZN – 43000 AZN- dək dəyişir.
Bundan başqa Səbail rayonu əmlak alqı satqısı zamanı verilən vergi xəritəsində də, ən çox vergi tutulan 1 nömrəli yerdir. Bir sözlə demək olar ki, Səbail rayonu çox bahalı ve elit yer hesab edilir.
Bundan sonra gəlir Nəsimi rayonu bu rayon da Səbail rayonundan sonra ən bahalı yer hesab edilir. Çünki Tarqovu (Nizami), Xəqani, Nefçilər və Bulvar görünüşlü mənzillərin bir hissəsi məhs bu rayonun ərazisinə düşür. Əmlak zamanı tutulmuş verginin siyahısında isə çox vergi tutulan xəritədə isə 2-ci yer məsələn Nəsimi rayonunun mərkəzi hisəsi olan Səməd Vurğun parkının dənizətərəf yerləridir.
Bundan sonra ən bahalı yerlər siyahsında Nizami və Nərimanov metrosu əraziləridir. Bu rayonlar da Səbail və Nəsimi rayonlarından sonra ən bahalı əmlakların satıldığı 3-cü yerdədir.
Bakıda ən bahalı rayon kimi Səbail rayonunu qeyd etdik. İndi isə ən ucuz əmlakın satıldığı rayonu qeyd etmək istəyərdim. Bakı şəhərdə yerləşən rayonları ümumi götürsək, ən ucuz əmlak satılan rayon Xəzər rayonudur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB