"2022-ci ildə 213 sayda press-reliz dərc edilib" - QURUM RƏSMİSİ DANIŞDI
"Kommunikasiya siyasəti də İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biridir. İqtisadi siyasət və islahat tədbirləri barədə ictimai məlumatlandırma məqsədilə həm KİV-də, həm də müxtəlif yerli və xarici tədbirlərdə İİTKM-in əməkdaşlarının mütəmadi çıxışları olub, 2022-ci ildə 213 sayda press-reliz dərc edilib". Bu sözləri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2022-ci ildə “İxrac icmalı”nın 12 sayı, “İslahat icmalı”nın 10 sayı, “Video icmal”ın 1 buraxılışı, “Türk İqtisadi İcmalı”nın 3 sayı, “İqtisadi İslahatlar” jurnalının 3 sayı və “Həftəlik icmal”ın 45 sayı buraxılıb: "Yeri gəlmişkən, əksər nəşrlər Azərbaycan və ingilis dillərində olduğu halda, “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə paylanmaqla - 8 dildə nəşr olunur. Eyni zamanda, 2022-ci ildə İİTKM “Yaşıl iqtisadiyyat” və “Yeni Qarabağnamə” monoqrafiyalarını da təqdim edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB