Qarlı havanın meşə əkinlərinə təsiri NƏDİR? - EKOLOQ AYDINLIQ GƏTİRDİ

Qarlı havanın meşə əkinlərinə təsiri NƏDİR? - EKOLOQ AYDINLIQ GƏTİRDİ

“Təkcə qarın yox, ümumiyyətlə yağıntıların bitkilərin inkişafında xüsusi rolu var. Bu önəm daha çox vəhşi təbiətdəki bitkilərə aiddir. Mədəni yolla becərilən bitkilər süni suvarma sistemi vasitəsilə suvarıldığına görə, onlar yağıntılardan o qədər də asılı deyillər”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Onun sözlərinə görə, vəhşi təbiətdə bitkilərin həyatı yağıntılardan xüsusilə asılıdır: “O cümlədən, ağacların da yağıntı sulardan faydalandığını bilirik. Meşə əkinlərində qar isə yağışlara nisbətən daha faydalıdır. Çünki yağış sularının müəyyən faizi yerə hopsa da, qalanı yerin səthi ilə axaraq başqa tərəflərə yönəlir. Ona görə də məhz yağdığı nöqtəyə hopan suların miqdarı yağış və qar arasında fərqlidir. Qar yağdığı yerə hopur və ərimə tempi zəifdir”.

Cəmşid Quliyev sözlərinə belə davam edib: “Yağış və qar suları fərqlidir. Qarın yağmasının təbiətə böyük faydası var.

Qarın bitki və ağaclara digər faydası odur ki, o meşə zərərvericilərini şaxta vasitəsilə məhv edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə