Qlobal iqtisadi artım bu ilin sonuna doğru bərpa olunacaq?

BVF rəhbəri qlobal iqtisadi artımın bu ilin sonuna doğru bərpa olunacağını proqnozlaşdırıb
Qlobal iqtisadi artım bu ilin sonuna doğru bərpa olunacaq?

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva qlobal iqtisadi artımın bu ilin sonuna doğru bərpa olunacağını proqnozlaşdırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kristalina Georgieva keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatla bağlı açıqlama verib.

Qlobal artımda son zamanlar müşahidə olunan azalmaların sona çata biləcəyini bildirən Georgieva gələn il iqtisadi artımın daha da sürətlənə biləcəyinə dair nikbinliyini dilə gətirib.

Georgieva qeyd edib ki, dünya iqtisadiyyatı üzərində fırtına buludları tezliklə dağıla bilər. Dirçəlişin başladığını düşünürük.

BVF-nin 2023-cü il üçün 2,7 faizlik artım proqnozunu aşağı salmasının gözlənilmədiyini ifadə edən Georgieva deyib ki, 2023-cü ilin sonuna doğru, 2024-cü ildə daha yüksək artım yoluna doğru tendensiyanın bərpasını görəcəyimizə ümid edirik.

Kristalina Georgieva 2023-cü ilin hələ də çətin bir il olacağına və qlobal iqtisadiyyatın kövrək olmağa davam etdiyinə diqqət çəkərək, inflyasiyanın yüksək olaraq qaldığını və yaşayış böhranının başa çatmadığını bildirib.

Dünyanı hansı böhranın gözlədiyini təxmin etməyin qeyri-mümkün olduğunu deyən BVF direktoru Rusiyanın Ukraynadakı müharibəsinin nəticəsini proqnozlaşdırmağın xüsusilə çətin olduğunu, əmək bazarlarının artan faizlər qarşısında nə dərəcədə dayanıqlı olacağının isə qeyri-müəyyən olaraq qaldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə