Əhaliyə Müjdə! Əməkhaqqı artmasının təsirləri nələr olacaq? - İQTİSADÇI ŞƏRH ETDİ

Əhaliyə Müjdə! Əməkhaqqı artmasının təsirləri nələr olacaq? - İQTİSADÇI ŞƏRH ETDİ

"Prezident İlham Əliyev əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair və minimum aylıq əməkhaqqı məbləğinin 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamın təsiri əhəmiyyətli dərəcədə görünəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqı 300 olanların maaşı 345 manata yüksəldi: "Bu, həm özəl sektorlara, həm də dövlət sektorlarına şamil ediləcək. Mülkiyyətindən asılı olmayaraq bütün subyektlərin bu artımı etməsi məcburidir. Digər işçilərin iş kateqoriyalarına görə də minimumum əməkhaqqının artması ilə artım onlara da şamil ediləcək. Aşağı əməkhaqqı alanlar üçün isə fərq daha da görsənəcək. Keçən ildə minimum əməkhaqqı artmışdı. Bilirik ki, iqtisadi baxımdan ciddi inflyasiya mövcuddur. Ötən il 14-15 faiz həcmində inflyasiya var idi. Hökumət bunu indeksləşdirmək üçün addımlar atır. Bu isə insanların rifahının çox da pisləşməsinin qarşısını alır. İnflyasiyanın qarşısını almaq üçün bu əməkhaqqıların qaldırılması ilə vəziyyəti balanslaşdırılmış olacaq. Bu, eyni zamanda, şirkətlərin xərcini bir qədər artırmış olacaq. İnflyasiyanın digər amilləri zəifləyəcəyinə görə minimum əməkhaqqının artırılması inflyasiyanı dəstəkləyən amilə çevrilməyəcək. Keçən il minimum pensiya 240 manat idi. Bu il isə 280 manat kimi müəyyənləşdi. Bu, o deməkdir ki, 280 manatdan aşağı heç kəs pensiya ala bilməz. Bu isə yaşayış minimumu üzərindədir. Hökumət bu addım ilə əməkhaqları və pensiyaları yaşayış minimumu üzərinə qaldırır və minimum yaşayış üçün şərtlərin formalaşdırılmasına çalışır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə