2023-cü ildə Azərbaycanda inflyasiya hansı səviyyədə olacaq? - İQTİSADÇI-EKSPERT DANIŞDI

“Dünyanın bir çox ölkələrində yüksək inflyasiya müşahidə olunur. Bu hal əsasən 2021-ci ildə başladı və 2022-ci ildə də davam etdi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib.

İqtisadçı-ekspertin sözlərinə görə, inflyasiyanın sürətlənməsi insanların kasıblaşması ilə əlaqəli olur: “İnsanların əsasən qazandığı vəsait inflyasiyanın yeminə çevrilir. Bu əsas problemlərdən biridir. Azərbaycanda hazırda baş verən inflyasiya prosesi Amerika və Avropa ölkələrinə nisbətən daha yüksək, Türkiyə, Qazaxıstan və s. bir sıra dövlətlərlə müqayisədə isə daha aşağıdır. İnflyasiyanın yüksək olması daha çox vətəndaşların gəlirlərinin aşağı düşməsinə səbəb olur. Çünki inflyasiya bir növ vergi növüdür. İnsanlarda daha çox pul qazanmağa çalışdıqca insanlar inflyasiya rəqəmlərini kompensasiya edə bilmir. Bu da onların real gəlirlərinin azalmasına səbəb olur. Ümumilikdə inflyasiyanın yüksək olması təbii ki, təhlükəli bir prosesdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə