Birja İstanbulda BIST 100 indeksi günün ilk yarısında 5.542,33 bal ilə bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
Birja İstanbul rekord qırıb

Birja İstanbulda BIST 100 indeksi günün ilk yarısında 5.542,33 bal ilə bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, günün ilk yarısında BIST 100 indeksində cəmi əməliyyat həcmi 44,3 milyard lirə olub.

İlk yarıda bank indeksi 1,48 faiz, holdinq indeksi isə 1,79 faiz dəyər qazanıb.

Sektor indeksləri arasında ən çox qazanan isə 4,36 faiz ilə tikinti olub.

Analitiklər həftənin ilk ticarət günündə Milad bayramı səbəbilə demək olar ki, bütün Qərb ölkələrində bazarların bağlandığını, ticarət həcminin aşağı olduğu açıq bazarlarda isə sakit kursun müşahidə olunduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə