“Tesla” şirkəti, COVID-19 hadisələrinin artması səbəbindən Şanxaydakı “Giga” zavodunda istehsalı dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi şirkətin daxili bildirişinə və vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.
Qeyd edək ki, Şanxaydakı “Giga” zavodunda istehsal qrafikdən bir gün əvvəl, şənbə günü dayandırılıb. Əvvəllər agentliyin məlumatına görə, fasilə dekabrın 25-dən yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Onu da qeyd edək ki, zavod fasilənin səbəbini açıqlamayıb.
Xatırladaq ki, Çin dekabrın əvvəlindən başlayaraq “sıfır səviyyə” siyasətini yumşaldır. Maraqlıdır ki, Qərb mediası bunu ölkədə xəstəliklərin artması ilə əlaqələndirir.
Yeri gəlmişkən, Şanxaydakı “Giga” hazırda “Tesla”nın ən məhsuldar fabrikidir. Təkcə onu demək kifayətdir ki, 2021-ci ildə zavod yarım milyona yaxın avtomobil istehsal edib. Çin istehsalı olan elektrik avtomobilləri ÇXR-də aşağı əmək xərclərinə görə daha yüksək marjaya malikdir.
“Tesla”-nın Berlin və Texasdakı yeni fabrikləri də yavaş-yavaş imkanlarını artırır, lakin onlar hələ Çindəki bağlanmanı kompensasiya etməyə hazır deyillər.
Bundan əvvəl Tesla-nın Çin bölməsinin rəhbəri Tom Çju istehsal problemlərini həll etmək üçün ABŞ-a dəvət olunmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB