Xəbər verildiyi kimi, dekabrın 16-da Daşkənddən Bolqarıstanın Burqas limanına Almalıq mədən-metallurgiya kombinatından yük daşıyan ilk konteyner qatarı yola düşüb.
SİA xəbər verir ki, “Öztəmiryolkonteyner” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu yük qatarı mis konsentratı ilə yüklənmiş 46 vaqon və 91 ədəd 20 futluq konteynerdən ibarətdir.
Konteyner qatarı uzunluğu 4 min kilometrdən çox olan "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu üzrə hərəkət edəcək.
Bildirilir ki, bu qatar Türkmənistandan olan xarici tərəfdaşlar - “TLCT” SC, Azərbaycandan “ADY Container” MMC və Gürcüstandan olan “GR Logistics and Terminals” şirkətlərinin dəstəyi ilə həyata keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB