Dünyanın bir çox ölkələrində mənzillərin qiyməti son on ildə kəskin şəkildə artıb.
2021-ci ilin ikinci rübündə 55 ölkədə mənzil qiymətləri orta hesabla 9,2% artıb. Belə ki, qiymət artımında Türkiyə, Yeni Zelandiya və ABŞ ilk üçlükdədir.

Bəs Azərbaycanda vəziyyət necədir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bütün dünyada daşınmaz əmlakın bahalaşmasının səbəbi inflyasiyadır. Ekspertlər daşınmaz əmlakın, xüsusən, mənzil bazarında alqı-satqı prosesi hələ bir müddət durğun vəziyyətdə qalacağını söyləyirlər.
Onu da bildirək ki, qardaş Türkiyədə də mənzillər sürətlə bahalaşmaqda davam edir. Hazırda pandemiya şəraiti olduğu üçün iş adamları yatırımlarını daha etibarlı olan əmlak bazarına yönəldirlər. Daha sadə dillə desək, əllərindəki valyutanı mənzilə çevirirlər. Bu isə bazarda tələbatı artırır. Hesab edilir ki, növbəti ildə də bahalaşma davam edəcək.

Daşınmaz əmlak üzrə vergi yükünün də onun satış qiymətinə əlavə olunması qaçılmazdır. Digər tərəfdə isə mənzil bazarında manatın devalvasiyası ilə əlaqədar tədricən qiymətlərin dollara adaptasiya olunması prosesi gedir. Burada söhbət manat ekvivalenti ilə əmlak dəyərinin artımından gedəcək.

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc: "Manatın inflyasiyaya uğramasından da əlavə bir amil ondan ibarətdir ki, ölkədə tələbat var. Daşınmaz əmlak bazarında dinamik alqı, satqı prosesləri gedir. Hər il bir neçə dəfə İpoteka və Kredit Zəmanəti Fondu və o cümlədən MİDA tərəfindən müxtəlif ayırmalar baş verir. Bu da yeni mənzillərin alınması və daşınmaz əmlak bazarının inkişafı ilə bağlı müəyyən proseslərin baş verməsinə səbəb olur. Təbii ki, bütün bunlar qiymətin yüksəlməsinə gətirib çıxaran amillərdir. Azərbaycan inkişafda olan bir ölkədir. 30 ildən artıq işğalda olan ərazilərimiz azad olunubdur və ölkəmizdə xarici investisiyaların qoyulması istiqamətində çox ciddi artım gözlənilir. Diqqət mərkəzində olan bir ölkəyə çevrilmişik. Bakı şəhəri, o cümlədən digər bölgələr investisiya qoyulması üçün münbit bir regiona çevrilməkdədir və bu da təbii ki, ölkəmizə gələn həm xarici turistlərin, həm eyni zamanda investorların axınına səbəb olur. Bu da daşınmaz əmlak bazarına impuls verən amillərdəndir. Bu da daşınmaz əmlakın dəyərinin yüksəlməsinə təsir göstərən əsas nüanslardan biri kimi qəbul oluna bilər. Enmələr qiymətdə yalnız o zaman mümkündür ki, bazarda təkliflər artsın. Bazara təkliflərin də hər hansı bir proyekt nəticəsində artması artması mümkün ola bilər. Yəni İpoteka Kredit zəmanəti fondu MİDA və digər müvafiq dövlət qurumları, müəyyən binaların tikilməsi, vətəndaşların xidmətinə verilməsi, alqı satqı prosesinə daha böyük kütlələrin cəlb olunması nəticəsində baş verə bilər. Hər hansı böyük proyektin ola bilmə ehtimalı gündəlikdə yoxdur. Qiymətlərin yüksəlməsinə təsir göstərən amillərdən biri də təbii ki, inşaat materiallarının qiymətinin artmasıdır. Bunu da dünyada baş verən prosesdir, o cümlədən bölgəmizdə, Ukrayna Rusiya arasındakı müharibə nəticəsində beynəlxalq valyuta, maliyyə böhranı baş vermiş və onun təsirini də biz görməkdəyik. Bu prosesdə qiymətlərin bütün dünya üzrə bahalaşmasına gətirib çıxarıb. Bu da sahibkarı məcbur edir ki, qiymətlər yüksək səviyyədə bazara təklif olunsun. Çoxlu sayda vətəndaşlarımız var ki, mənzillər gözləyirlər. Onların tələbatını ödəmək üçün dövlət özü sifarişçi kimi çıxış etdiyi proyektləri işə salmalıdır ki, bazara təkliflər artsın və bu, vətəndaşların büdcəsinə uyğunluq təşkil etsin. Hesab edirəm ki, dekabr, yanvar, fevral aylarında, qiymətləri daha da yüksələ bilmə ehtimalı ola bilər".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB