"Bu addım Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verir" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ
“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması təbii ki, Azərbaycan iqtisadiyyatı üçün vacib layihələrdən biridir. Praktik olaraq enerji sektorunda Azərbaycan yeni texnologiyadan istifadə edir və innovativ yanaşmalar var”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu yanaşmalar ölkəmizin həm enerji məhsullarının istehsalı baxımından imkanlarını artırır, həm də ölkəyə daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır: “Bu, Azərbaycan üçün xüsusilə də, enerji məhsullarının istehsalı və satışından əldə olunan gəlirin artırılması baxımından önəmli hadisədir. Məhz bu kontekstdən yeni imkanlar yaradır və iqtisadiyyatın inkişafına xüsusi töhfə verir. Çünki iqtisadiyyatın inkişafı həm də enerji məhsullarının istehsalının genişləndirilməsi ilə bağlıdır. Enerji sektorundan əldə edilən gəlir eyni zamanda, qeyri-enerji sektorunun inkişafının dəstəklənməsi üçün baza təşkil edir. Ona görə də platformanın dayaq blokunun dənizə yola salınması Azərbaycan iqtisadiyyatı üçün atılan vacib addımlardan biridir. Bu addım Azərbaycanın enerji məhsullarının istehsalının genişləndirilməsinə və daha çox gəlir əldə olunmasına imkan yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB