"Regionların inkişaf etdirilməsi ölkə iqtisadiyyatının ən başlıca vəzifələrindən biridir" -İQTİSADÇI ŞƏRH ETDİ
“Bu gün Azərbaycanda iqtisadiyyatın hazırkı inkişaf istiqamətləri bilavasitə ölkənin strateji sənədi olan 2022-2026-cı il sənədi üzrə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir. Burada qeyri-neft sektoru üzrə iqtisadiyyatın göstəricilərinin, qeyri-neft ixracının artılmasına, eyni zamanda ölkədə kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsinə hədəflənən tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, çünki regionların inkişaf etdirilməsi ölkə iqtisadiyyatının ən başlıca vəzifələrindən biridir: “Regionların inkişaf etdirilməsi üçün mütqləq şəkildə kənd təsərrüfatı və turizm inkişaf etdirilməlidir. Ələxsus da kənd təsərrüfatının inkişaf etdirilməsi regional inkişafın ən başlıca faktoru olmalıdır.
Bu gün Azərbaycan ixracının yenə də böyük hissəsini neft məhsulları təşkil edir. Amma qeyri-neft ixracı da sürətlə artmağa başlayıb. Bu sevindirici haldır ki, ixracda qeyri-neft sektorunun payı müəyyən qədər artıb. Ümummiyyətlə hazırda ixracın səviyyəsi artıb və bu artım 47 faiz üzərində müşahidə edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB